XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2015 - 08:40

Matritsa reallığa çevrilir: Virtual dünyada əşyalara toxunmaq, tutmaq mümkün olacaq

matrisa.jpg

Bir çox kompyuter oyunları eynəklər vasitəsilə içəri proyeksiya olunmuş üç ölçülü virtual reallığa əsaslanan təsvirlərdir. Virtual reallıqda beyinə kompüter dünyasını real dünya kimi qəbul edə bilən siqnallar göndərilir. Lakin toxunmaq istəsəniz, bu reallıq fiziki olaraq mövcud deyil. Kanadalı alimlər deyir ki, kiçik dronlardan istifadə edərək fiziki olaraq virtual reallığı yaratmaq mümkün olacaq.

öz hisslərimizi aldadıb olmayan bir şeyi görmək artıq kompüter softveyləri və virtual eynəklərlə asanlaşıb. Lakin toxunmaq hissi ilə oynamaq bir az çətindir, çünki virtual əlcəklər bunu edə bilmir.  

Belə virtual reallıq uçan kiçik dronlarla əvəz olsaydı, ona toxunmaq mümkün olardımı?

İnsan və kompüter üzrə professor Roel Verteqal “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, dronu itələyə-itələyə ona toxunaraq o dayanana qədər bunu hiss etmək olar.

Virtual reallıqda miliyonlarla pikseldən yaradılmış təsvirlər kimi, fiziki virtual reallıq bir neçə kiçik dronun havada uçması ilə yaradıla bilər. Kompüter proqramı vasitəsilə bu dronlar hər hansı bir əyşa şəklinə salına bilər.

“Təsəvvür edin ki, obyekt bir anda peyda olacaq və siz onunla real obyekt kimi təmas qura biləcəksiz. Bizim əsl hədəfimiz budur.”- deyə Roel Verteqal vurğulayıb.

Dronlar video ekranlar, sensor lövhələr və fiziki dünyada hər hansı başqa elementi  təmsil edə bilər.

Fiziki virtual reallığa qərq olmuş şəxs tərəfindən dronların vəziyyəti dəyişdirilə və ya tavana yerləşdirilmiş sensorlar vasitəsilə kompüter vasitəsilə idarə oluna bilər. Alimlər deyir ki, bu, bizə real dünya ilə əlaqə yaradıldığı kimi hiss verəcək.

“Biz mühərriki çıxarıb sonra geri yerinə qoyuruq və bunun real olduğunu göstəririk və sonra əgər kimsə öz əli ilə mühərriki geri yerinə qoyub 3D piksellərə toxunursa, biz onun bunu düzgün edib-etmədiyini izləyə bilərik.”

Tədqiqatçılar deyir ki, nanotexnologiyanın köməyilə 1 mm-dən kiçik dronlar fiziki virtual reallıq qurmağa kömək edəcək.