XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 August 2017 - 19:27

İran sərhəddə 17 xəstəxana tikəcək- Azərbaycanlı xəstələr üçün

İranın Sosial Təminat Təşkilatının sağlamlıq turizmi ilə bağlı master-planın təqdimat mərasimi keçirilib.

Master-planın təqdimatı ilə yanaşı qonşu ölkələrdən xəstələrin qəbulu və onların yerləşdirilməsi layihəsinə start verilib.

Mərasimdə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycanın özəl şirkətlərini təmsil edən şəxslər iştirak edib. Master-plan çərçivəsində 17 xəstəxana və 200 həkim qonşu ölkələrdən, o cümlədən Azərbaycan və İraqdan gələn xəstələri qəbul edəcək və onlara xidmət göstərəcək.

Sosial Təminat Təşkilatının baş direktoru Tağı Nurbəxş isə bildirib ki, tezliklə Azərbaycanla sərhəd zonasında, o cümlədən Parsabad, Təbriz, Urmiya və Xoy şəhərlərində xəstəxanalar fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, sözügedən xəstəxanalarda Azərbaycandan gələn xəstələr müalicə oluna biləcək.