XƏBƏR LENTİ

05 Mart 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 20:14

Səhiyyə Nazirliyindən difteriya, qızılca, məxmərəkləbağlı açıqlama

2017-ci ilin 6 ayı ərzində respublikada idarə olunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəlikləri qeydə alınmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınıb.
 
Kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə kəskin süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib.
 
2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalması müşahidə olunub.
 
Ümumilikdə immunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339, difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946, difteriya-tetanus əleyhinə vaksini ilə 1715, inaktivləşdirilmiş poliomielit vaksini ilə 1074, qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807, hepatit əleyhinə vaksinlə 326, pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunub.
 
2017-ci ilin 6 ayı ərzində profilaktik peynəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması 98,5%, poliomielit əleyhinə OPV vaksini ilə 96,6%, vərəm əleyhinə BCG vaksini ilə 96,3% təşkil edib.