XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 16:06

Avropada həyəcan təbili –  Zəhərli böcək dərmanı  vurulmuş  yumurtalar hansı ölkələrə ixrac edilib?

Fipronil maddəsi qarışan zərərli yumurtalar bağlı Avropa ölkələrində yaranan qalmaqal böyüməkdədir. Belə ki, bu yumurtalardan Avropanın 15 ölkəsinə ixrac olunub.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, artıq  Avropa Birliyi də məlum vəziyyətlə bağlı həyacan təbili çalıb.

Məlumata görə, görə, həmin yumurtalardan İseçrə, Belçika,(196 min) Niderland (48 min) Fransa,(250 min) Almaniya, İsveç, Böyük Britaniya, Avstriya, İralndiya, İtaliya, Polşa, Luksemburg , Ruminya, Slovakiya, Sloveniya və Danimrakiya da daşınıb. Məsələ ilə bağlı adıçəkilən ölkələr sentyabr ayının 26 -da  iclas keçirəcəklər və bundan dərs çıxarmağa başlayacaqlar. Ona görə ki, hazırda sözügedən ölkələrdə insanlar arasında ciddi təlaş yaşanır.

Qeyd edək ki, fiprofil maddəsi heyvanlardakı birə, bit və gənəni yox etmək üçün istifadə edilən bir böcək dərmanıdır. Maddənin ev heyvanları kimi insanların istehlak etdiyi heyvanlarda istifadəsi qadağandır. Fipronilin bu tip heyvanlara təmas etməsi nətcəsində tük və dəri vasitəsi ilə yumurtalara çatır.Dünya Sağlamlıq Təşkilatı, fipronil maddəsini "orta dərəcədə təhlükəli" olaraq dəyərləndirir və yüksək miqdarlarda istifadəsi böyrək, qaraciyəri sıradan çıxarır.