XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Avqust 2017 - 09:23

Məşhur sprinter Useyn Bolt qalib ola bilmədi –Zədələnmiş çempion bürünc medal aldı

İngiltərənin paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının doqquzuncu günündə kişilər arasında 4×100 metr məsafəyə bayraq yarışının finalı oynanılıb.

Useyn Bolt, Omar Mcleod, Julian Forte və Yohan Blakın təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla üzləşib. Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib.

Budəfəki dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanan Bolt fəal idman həyatı ilə kədərli şəkildə vidalaşıb.

Qeyd edək ki, kişilər arasında 4×100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb. (Azərtac)