XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 10:17

Evin havasını təmizləyən üç bitki hansıdır? –NASA-dan məsləhət

 


Evinizdəki havanın çöldən daha çirkli ola biləcəyini bilirdinizmi? Otaq spreyləri, təmizlik maddələri, vinil yer döşəmələri kimi toksiki kimyəvi maddələr evdəki havanı çirkləndirir.

NASA alimləri evdəki havanı təmizləyən bitkilər üzərində araşdırma aparıblar. AZƏRTAC NASA-ya istinadla həmin məqsədlə istifadə edilə biləcək üç bitkini sizlərə təqdim edir.

Areka palması (latınca Chrysalidocarpus lutescens) – qonaq otağında olması məsləhətlidir. Gündüzlər bol oksigen istehsal edir. Otaqdakı zəhərli qazları udur, havanı nəmləndirir.

Paşa qılıncı (latınca Sansevieria trifasciata)- yataq otağı bitkisidir. Gecələr otağın havasını oksigenlə zənginləşdirir.

Sarmaşıq (latınca Epipremnum aureum) – yataq otağında saxlamaq olar. Hava filtrləmə sistemi kimi “işləyir”. Otağın havasını kimyəvi maddələrdən təmizləyir.

Alimlər yaxşı nəticə əldə etmək üçün evin hər doqquz kvadratmetrinə bir dibçək yerləşdirməyi tövsiyə edirlər. Lakin evdə heyvan saxlayırsınızsa, yalnız Areka Palması onlar üçün zərərsizdir. Sarmaşıq və Paşa qılıncı ev heyvanlarını zəhərləyə bilər.