XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2017 - 15:26

Payızın Azərbaycana nə vaxt gələcəyi açıqlandı


Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.  

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. Bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.

Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb. (APA)