XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 18:07

İdman Akademiyası abituriyentlərə müraciət etdi –İxtisasa qəbul avqustun 19-dək davam edəcək

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası avqustun 19-dək bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasına qəbulu davam etdirir.

Akademiyadan AZƏRTACa bildirilib ki, bədən tərbiyəsi və idmanda reabilitasiya üzrə bakalavr təhsil zamanı tələbələrə fiziologiya, biokimya, psixologiya, biomexanika və kineziologiya, kinezioterapiya və s. kimi fənlər tədris ediləcək. Proqram çərçivəsində tələbələr nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, praktik tapşırıqlar da yerinə yetirəcəklər. Tələbələr müxtəlif zədə və xəstəlikləri olan insanları müayinə edib, müalicə planı hazırlayacaqlar.

Təhsilləri bitirdikdən sonra məzunlar idman federasiyaları, idman məktəbləri, reabilitasiya mərkəzləri, bədən tərbiyəsi və idman dispanserlərində fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində və bu kimi fəaliyyət sahələrində işləyə biləcəklər. İşəgötürənlərin tələbatına görə fəaliyyətin bu sahəsi nəinki Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə prioritetdir.

Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasını seçmək üçün keçid balı minimum 200 bal təşkil etməlidir. İxtisasa qəbul olmaq üçün “Abituriyentin ixtisas seçimi” elektron ərizəsini doldurub 137124 ixtisas kodunu seçmək kifayətdir.