XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 00:52

Aşıq Ulduzla sakinlər arasında qarşıdurma –Torpaq qalmaqalı + VİDEO

Bakının Binəqədi rayonu Süleyman Sani Axundov 3 A ünvanında yaşayan sakinlər yaşadıqları binanın həyətyani sahəsində yerləşən yaşıllığın bir neçə həftədir ki zəbt edildiyindən şikayətlənirlər.

Strateq.az  "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, 30 ildən çoxdur həmin sahə boş bir ərazi olub.

Bu səbəbdən bina sakinləri orda ağaclar əkərək yaşıllıq zonası salıblar. İllərlədir ki, bu kiçik ərazini də istirahət yeri kimi istifadə edilib. Amma indi bu istirahət zonasını hasara alırlar.

Sakinlər deyir ki, ərazi Aşıq Ulduz kimi tanınan müğənni Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasarlanmanın qarşısını alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib.

Məsələylə bağlı Ulduz Quliyevanın vəkili Tahir Əlirzayev bildirib ki, həmin torpaq sahəsi qanuni olaraq müvəkkilinə məxsusdur. Bununla bağlı əllərində dövlət reyestr xidmətinin çıxarışı da var.

Tahir Əlirzayev, həmçinin, onu da dedi ki, sözügedən ərazidəki ağaclar kəsilməyəcək. Aidiyyatı qurumlar tərəfindən razılıq əldə olunduqdan sonra bir hissəsi başqa bir əraziyə köçürüləcək.