XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2015 - 06:57

Sumqayıt şəhər bələdiyyyəsinin sədri vəzifədən azad edildi – İstefa

Sumqayıt şəhər bələdiyyyəsinin sədri Əbülfəz Babayev öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bu barədə belediyye.info-ya Sumqayıt bələdiyyəsindən məlumat veriblər.

Məlumatda deyilib ki, bələdiyyənin növbədənkənar iclasında sədrin istefa ərizəsi müzakirə olunub və səs çoxluğu ilə qəbul edilib.
 
Sədr müavini Sultan Əsədov faktı təsdiq edərək bildirib ki, yaxın bir həftə ərzində bələdiyyənin iclasında yeni sədrin adı məlum olacaq. 
 
Qeyd edək ki, Əbülfəz Babayev on il müddətinə Sumqayıt bələdiyyəsinin sədri vəzifəsində çalışıb.