XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 11:55

Bir ayda 10 milyon manatlıq mal vergidən gizlədilib –Vergilər Nazirliyi

Vergilər Nazirliyinin iyul ayında həyata keçirdiyi araşdırmalar zamanı vergiödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklərin yaranması halları aşkar olunub.

“Vergiler.az” saytı bildirir ki, ay ərzində həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində ümumilikdə 10 milyon 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), yəni vergiödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etdirilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib. Yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Bəzi vergiödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib.

Bəzi hallarda isə vergiödəyiciləri heç bir təsərrüfat subyekti (anbarı, mağazası və sair) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları “mal qalığı” kimi göstərirlər. Bununla əlaqədar, Vergilər Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə riskli vergiödəyicilərində malların elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilməsi, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması kimi hallara nəzarət etmək məqsədilə operativ vergi nəzarəti həyata keçirilib.