XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 12:09

Yaponiyada valideyn zorakılığı nəticəsində 52 uşaq həlak olub –Ölənlərin 80 faizindən çoxu 3 və ondan aşağı yaşlı uşaqlardır

Yaponiya Sosial Təminat Nazirliyinin apardığı sorğunun nəticələrinə görə, mart ayında başa çatmış ötən maliyyə ilində valideynləri və ya hamiləri tərəfindən zorakılığa məruz qalmış 52 uşaq həlak olub.

AZƏRTAC xəbər verir ki, bu, ötən ilin həmin göstəricisi ilə müqayisədə 8 nəfər çoxdur. Həlak olanların 80 faizindən çoxu 3 və ondan aşağı yaşlı uşaqlardır. Eyni zamanda, 30 nəfər, ümumiyyətlə 1 yaşına qədər olan körpələrdir.

Nazirlikdən bildirilib ki, həlak olanlar arasında üzü üstə yatmış bir körpə də var. Valideynlərə azyaşlı körpənin üzü üstə yatırılmasının təhlükəli olması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onların buna yol verməsini mütəxəssislər zorakılıq halı kimi qeydə alıblar.

Yaponiyada sosial müdafiə sisteminin əməkdaşları tərəfindən, ümumiyyətlə, ötən maliyyə ili uşaqlara qarşı zorakılıq hallarının artdığı dövr kimi xarakterizə olunur.

Nazirliyini bu barədə yaydığı məlumatda qeyd edilir ki, bütün ölkə üzrə uşaqlarla iş üzrə məsləhət mərkəzləri tərəfindən 2016-cı maliyyə ilində 122 min belə hal qeydə alınıb. Bu cür hallar əsasən 18 yaşına qədər uşaqlara qarşı valideynləri və ya digər hami şəxslər tərəfindən törədilib. Bu rəqəm bir il əvvəlki göstəricini 20 min üstələyir.