XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 August 2017 - 16:50

Çağırışa gələn “Təcili Yardım”ın həkimini döydülər –Bakıda

 

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

Hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.

Həkim polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.