XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 18:30

Dənizdə batan daha 4 nəfər xilas edilib –FHN

Sabunçuda dənizdə batan daha 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 16:00-da başa çatıb.