XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 09:32

“Azərbaycanda tədris olunan fənlərin sayı qabaqcıl ölkələrlə müqayisədə çoxdur” – Ekspert

“12 illik təhsilin ilkin standartlarının layihəsi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov deyib.

O bildirib ki, institut hazırda 12 illik təhsilin məzmunu və standartları üzərində işləyir və hazırda fənlərin inteqrasiyası barədə müzakirələr gedir: “Bu, dövlət strategiyası çərçivəsində nəzərdə tutulan, instituta verilən tapşırıqlardır”.

Q. Novruzov 12 illik tədris strategiyasında nəzərdə tutulan hədəflər barədə də danışıb. Onun sözlərinə görə, strategiyada təhsilin məzmununun dəyişdirilməsi, yeni keyfiyyətdə müəllimlərin hazırlanması, idarəetmənin fərqliliyi, təhsilin maliyyələşməsi və digər məsələlər əsas hədəflərdir: “Təhsildə bu gün müşahidələrlə proqnozlar vermək, strategiya müəyyənləşdirmək mümkün deyil. Burada əsas uğur müəllimlərin keyfiyyəti məsələsidir. Əgər müəllim Təhsil Nazirliyinin təhsil siyasətini dərk edə bilməyəcəksə, biz bu strategiyanı uğurla reallaşdıra bilməyəcəyik”.

Bəzi fənlərin birləşdirilməsi məsələsinə də münasibət bildirəm Q. Novruzov qeyd edib ki, bu gün Azərbaycanda tədris olunan fənlərin sayı qabaqcıl ölkələrlə müqayisədə kifayət qədər çoxdur: “Hesab edirəm ki, inteqrasiya təhsilin inkişafında qaçılmaz bir yoldur və biz buna getməliyik”. 

APA