Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb.
Strateq.az nazirliyə istinadən xəbər verir ki, “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” haqda əmrə əsasən, ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil ediləcək. Bundan əlavə, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər görüləcək.