Qırğızıstanda 5,0 bal gücündə zəlzələ baş verib.
RİA Novosti agentliyi bildirir ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 371 km cənub-qərbdə, Qırğızıstan ərazisində, ocağı isə 5 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.