XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 16:08

FHN meşə yanğınlarının söndürülməsi üçün Gürcüstana helikopter göndərib


Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

FHN-dən verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinə məxsus helikopter qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.