XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 17:35

Belçikada kuryoz –Polisin terrorçu bilib təqib etdiyi maşın sahibi sərxoş çıxdı

Belçikanın paytaxtında yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsinə çıxmış avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib və onlar qaydaları kobud şəkildə pozmuş sürücünün arxasınca sürüb onu qovmağa başlayıblar.

Virtualaz.org RTBF-yə istinadən xəbər verir ki, avtomobilin sürücüsü dayan əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Polis isə köməyə bir neçə maşın da çağıraraq, terrorçu zənn etdiyi adamın avtomobilin qovub.

Yarım saat davam edən əməliyyat qaydaları pozmuş avtomobilin polis avtomobilləri ilə mühasirəyə alınması və sürücünün təslim olması ilə başa çatıb. Məlum olub ki. sürücü sadəcə sərxoş imiş.