XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 09:09

Qətərin Milli Günü ilə əlaqədar – Bakıda rəsmi qəbul təşkil edilib

qeter sefir.jpg

Qətər Dövləti ölkəsinin Milli Günü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə keçən müddət ərzində ölkəsinin keçdiyi inkişaf yolundan söhbət açdı.

Bildirdi ki, dövlətin əmiri Şeyx Təmim bin Həməd Əl Taninin rəhbərliyi ilə inkişaf və tərəqqiyə nail olmağa, adət və ənənələrimizin möhkəmləndirilməsinə, mədəni irsimizin qorunmasına, davamlı inkişafa nail olmağa imkan verən uğurlu addımların əsasını qoyan prinsipləri rəhbər tutaraq əzm və israrla yeni ildə bütün məqsədlərinə çatmağa can atan Qətər bu ili gərgin əmək, parlaq nailiyyətlərlə yola salır. ölkələrimiz arasındakı əlaqələrə toxunan səfir vurğuladı ki, hər iki dövlət rəhbərlərinin dostluq münasibətləri Qətər və Azərbaycan arasında əlaqələrin daha da inkişafına şərait yaradır. Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə əminliklə vurğuladı ki, iki dövlət arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələrin daha da inkişaf edəcək.

qeter sefir02.jpg

Azərbaycan hökuməti adından Qətər xalqını bayram münasibəti ilə təbrik edən Gənclər və İdman naziri Azad Rəhimov ölkələrimiz arasında diplomatik əlaqələrin 1994-cü il 14 sentyabrda yaradıldığını xatırlatdı. Qətər və Azərbaycanın iqtisadi, dini, mədəni sahələrdə bir-birinə bənzədiyini deyərək, ötən illər ərzində bir sıra qarşılıqlı əlaqələrin həyata keçirildiyini, xeyli işlər görüldüyünü söylədi. 2004-cü ildə Azərbaycan prezidentinin Qətərə, 2007 və 2012-ci illərdə Qətər əmirinin Azərbaycana rəsmi və işgüzar səfərlərini xatırladaraq bildirdi ki, bu səfərlər zamanı keçirilmiş görüşlər, aparılmış müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında dostluq münasibtərinə yeni mərhələ açıb. Nazir 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Qətərin böyük heyətlə təmsil olunacağını, bundan sonra da ölkələrimiz arasında dostluq münasibətlərinin getdikcə möhkəmlənəcəyini vurğuladı.

Strateq.az