XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 11:39

Bu rayonların sakinləri hazır olsunlar! – Səhiyyə naziri qəbul keçirəcək

Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 18-də saat 12.00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, qəbulda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Ağcabədi rayonları sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.