XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 11:55

“Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək” –Təhsil Nazirliyi

Bu ildən müsabiqə yolu ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya bildirib ki, işə müsabiqə yolu ilə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərə bərabər tutulacaq və onların əməkhaqqı gələn ildən tam artımla ödəniləcək.

E. Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmədə test imtahanlarının və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin məzmunu ciddi fərqlənmədiyindən bu ildən belə qərar verilib: “Hər il tədris ilinin sonunda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqə təşkil edilir. Müsabiqədən keçərək müəllimlik adını qazanmış həmin namizədlərin əmək haqlarının yeni standartlarla ödənilməsi məqsədilə nazirlik tərəfindən təklif irəli sürülmüşdü. Nazirliyin bu təklifi nəzərə alınaraq yeni sərəncam layihəsi hazırlanıb və dünən prezident İlham Əliyev tərəfindən imzalanıb. Prezident İlham Əliyevin müəllimlərin əmək haqlarının artırılması məqsədilə verdiyi sərəncam 2017-ci ildə müsabiqə vasitəsilə işə qəbul olunmuş 5 minə yaxın müəllimə şamil ediləcək.Bu müəllimlər əvvəlki illərdə diaqnostik qiymətləndirmədə iştirak etməyən və bu il müsabiqə vasitəsilə işə qəbul edilənlərdir. 2018-ci ilin yanvar ayından həmin müəllimlərin əməkhaqlarında orta hesabla 30-40 faiz artım müşahidə ediləcək“.