Rusiya prezidenti Vladimir Putin Facebookda şəxsi səhifə açmaqdan imtina edib.
“Strateq.az” bildirir ki, bu barədə RF prezidentinin mətbuat xidmətindən açıqlama veriblər.
“Prezident sosial şəbəkələrdə özünün şəxsi profilini açmağı planlaşdırmır. Belə bir niyyəti də yoxdur”- deyə mətbuat xidmətindən vurğulayıblar. Qurumdan bildirilib ki, dövlət başçsının rəsmi internet resursları fəaliyyət göstərir və sosial şəbəkələrdə müvafiq paylaşmalar olunur.
X. Səfərli