XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 19:07

Orta attestat balı “5” olan 50-yə yaxın şagirdpeşə təhsili alacaq

Bu il orta attestat balı “5” olan 50-yə yaxın namizəd qeydə alınıb.

Azərtac Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytına istinadla xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə peşə-ixtisas təhsili müəssisələrinə maraq artdığı kimi, iştirakçılar arasında bilik səviyyəsi yuxarı olanlar da çoxalıb. Belə ki, ötən il qəbul olunanlardan 25 faizindən çoxunun əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”dən yuxarı olub. Bu isə onu deməyə əsas verir ki, gənclərin peşə təhsilinə maraqları ildən-ilə yüksəlir. Bu il güclü rəqabət mühitini formalaşdıran başlıca amillərdən biri də məhz ixtisas seçiminə yüksək bal toplayanların qatılmasıdır.

Qeyd edək ki, peşə məktəblərinə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 28-dən başlanılacaq.