XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 21:45

Azərbaycan və Rusiya su anbarlarında seysmiklik problemlərinitədqiq edəcək

Azərbaycan və Rusiya istifadə olunan su anbarlarında törəmə seysmiklik problemlərini birgə tədqiq edəcək.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmologiya Xidməti Mərkəzindən bildiriblər.

Tədqiqatlar zamanı su anbarlarının işindən asılı olaraq törəmə seysmikliyi tədqiq etməyə imkan verən Rusiya istehsalı avadanlığın istifadəsi nəzərdə tutulur.

Mərkəzdən deyiblər ki, bu layihə beynəlxalq qrant əldə olunduqdan sonra Rusiya tərəfi ilə birgə həyata keçiriləcək: "Hesab edirik ki, layihə bu ilin dördüncü rübünədək öz həllini tapacaq”.