XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 11:51

Sabaha olan hava proqnozu –Bakıda külək əsəcək

Avqustun 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 21-25° isti, gündüz  28-33° isti, Bakıda gecə  23-25° isti, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-70%, gündüz  40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  19-24°, gündüz  30-35° isti, dağlarda gecə 11-16°,

gündüz  21-26° isti olacağı gözlənilir.