XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 12:45

ABŞ alimlərindən yenilik –Dəm qazından zəhərlənmə əleyhinə maddə tapdılar


Dəm qazı üzvi materiyanın (oduncağın və ya kömürün sobada) tam yanması zamanı əmələ gəlir.

Bu avtomobillərin tüstü qazlarında da olur. ABŞ-da dəm qazı ilə zəhərlənmə səbəbindən ildə 50 mindən çox insan xəstəxanaya düşür.

 “Nauka i jizn” jurnalının məlumatına görə, ABŞ-ın Pittsburq Universitetinin alimləri dəm qazından zəhərlənməyə qarşı maddə tapıblar. Bu neyroqlobin zülalıdır, hemoqlobinə qohumdur və beyin hüceyrələrində, gözün torlu qişasında, bütün əsəb sistemində və onurğa beyni mayesində olur. Tədqiqatçılar neyroqlobinin mutant versiyasını alıblar. Bu versiya dəm qazı ilə hemoqlobinə nəzərən 500 dəfə daha möhkəm əlaqə yaradır və bununla da həyati əhəmiyyətli zülalı zəhərdən azad edir. Təcrübələrdə neyroqlobin ölümcül dozada siçanların 87 faizini xilas edib. Daha iri heyvanlar, sonra da pasiyentlər üzərində təcrübələrin aparılması planlaşdırılır. (Azərtac)