XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 12:57

Neftçilər Xəstəxanasında pulsuz müayinələr keçirilir –Uşaqların müayinəsi 3 gün davam edəcək

Avqustun 26-da Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxananda ödənişsiz  tibbi müayinələr keçirilib.

Saat 9:00-da başlayan müayinələr kardioloji, uroloji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyyə, nevrologiya, ginekologiya,   oftalmologiya  və digər sahələri əhatə edir.

Xəstəxananın yüksəkixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan sakinlər  ödənişsiz müayinələrdən keçirilir və nəticələrdən asılı olaraq müalicələr  təyin olunur. Mərkəzi Neftçilər Xəstəxanasının kardioloji poliklinika şöbəsində ümumi müayinələr avqustun 26-da saat 16:00-dək aparılacaq, uşaqların müayinəsi isə 3 gün davam edəcək. 

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar  təşkil edir.