XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 22:14

Deputat kasıbların sayını açıqladı:“Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır”

“Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur”.

 Strateq.az bildirir ki, bu sözləri hakim partiyanın rəsmi saytına müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib. Deputat qeyd edib ki,  2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb: “Azərbaycan dövləti yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də xüsusi diqqət mərkəzində saxlayır. 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla gedir.

Onun sözlərinə görə, ölkə üzrə yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti bölgələrin payına düşür: “Regionlarda yeni iş yerlərinin yaradılmasının başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb.

 Deputat bildirib ki, hazırda  Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır: “Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb”.