XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 15:21

Bakıda 6 yaşlı uşağı qatar vurdu –Vəziyyəti ağırdır

Ötən gün Bakının Keşlə qəsəbəsində 6 yaşlı Yusif Qasımov qatarın altında qalıb. Qəsəbədən keçən dəmiryol relslərinin üzərində oynayan azyaşlı elektrovozun gəlişindən xəbər tutmayıb. Ağır xəsarətlər alan uşağı xəstəxanaya yerləşdiriblər, vəziyyəti ağırdır.

Keşlə qəsəbəsində evlər dəmiryol relslərinin arasında yerləşdiyindən analoji hadisələr tez-tez baş verir. Daha əvvəl də qəsəbədə yaşayan sakinlərin qatarın altında qalaraq ölməsi və ya xəsarət alması ilə nəticələnən bədbəxt hadisələrə rast gəlmişik. Bu ərazidə vəziyyət o qədər təhlükəlidir ki, sakinlər hər an qatarın evlərinin üstünə aşacağı təhlükəsi ilə yaşayırlar. Keşlə qəsəbəsində ümumilikdə 900-dən çox ev məhz qatar relslərinin arasında yerləşir. Hətta bəzi evlərin qapıları birbaşa relsin üzərinə açıldığından, sakinlər qatar hərəkət edən zaman evdən çölə çıxmırlar.

Dəfələrlə təhlükəli vəziyyətdə olan evlərin söküləcəyi ilə bağlı məsələ gündəmə gəlsə də, hələ də reallaşmayıb. Ötən ayın sonlarında da Keşlə qəsəbəsi, Pəhləvan Fərziyev küçəsində evlərin söküləcəyi ilə bağlumat yayılmışdı. Sakinlərin sözlərinə görə, artıq evlərin qeydiyyata alınmasına başlanılıb və sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib. Lakin onlara hansı məbləğdə kompensasiya veriləcəyi məlum deyil.

Azərbaycan Dəmir Yolları QSC-dən virtualaz.org-a bu barədə məlumat veriləcəyi bildirilib.