XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 19:55

İslam Kərimovun qızı atasının son saatlarından yazdı:“Ölümünə bir neçə saat qalanda “Quran” oxumağa başladılar”

 

Özbəkistan birinci prezidenti İslam Kərimov təxminən bir il əvvəl – 2016-cı il sentyabrın 2-də vəfat edib. 

PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, mərhum prezidentin kiçik qızı Lola Kərimovanın atasının həyatdakı son saatları ilə bağlı xatirələrini onun rəfiqəsi özünün Facebook səhifəsində yazıb.  Onun yazdığına görə, ötən il sentyabrın 1-də atasının sağalması ilə bağlı heç bir şans qalmayanda, Lola kömək üçün yaxın rəfiqəsinin yanına gedib. Kərimovun yerləşdirildiyi xəstəxanada isə yanında son günlər daima həyat yoldaşı, qızı Lola və Lolanın böyük qızı Məryəm olublar.

Müəllif xatirələrində yazır: "Özbək liderinin ailəsi ölkə əhalisinə onun səhhətindəki dəyişiklilə bağlı məlumat verilməsinə israr edib. Qohumlarının xahişi ilə ğlüm səbəbi ilə bağlı tibbi rəy yayılıb. Kərimovun xəstəxanda ölməsinə bir neçə saat qalanda ruhanilərin nümayəndələri gələrək “Quran”dan surələr oxuyublar".

– Mənə elə gəlirdi ki, qəlbi hər şeyi hiss edir, – Tairova yazır. – Onun sifəti bir şeyə cəmlənmişdi, mənə elə gəlirdi ki, o, “Quran”ı diqqətlə dinləyirdi. O, hər dəfə qızının yaxınlaşıb onunla danışmasını hiss edirdi.

Memuarlarda eləcə də qeyd edilir ki, dəfn prosesini Kərimovun ailəsi müsəlman qaydalarına ciddi şəkildə uyğun hazırlayıb. Səmərqənddə dəfn olunmasına gəldikdə, qızının sözlərinə görə, bu keçmiş prezidentin özünün ölümdən əvvəlki vəsiyyəti olub. 

– Səmərqəndlilərin çoxu doğma oğulları ilə vidalaşanda aölayardılar. O 60 ilddən çox keçəndən sonra doğma yerinə həmişəlik qayıtmışdı, – qız xatırladır.