XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 12:10

Hər bir şagirdin çantasının çəkisi onun bədən çəkisinin 10%-dən çox olmamalıdır- Mütəxəssis rəyi

Hər bir uşağın daşıdığı çantanın çəkisi onun bədən çəkisinin 10 faizindən artıq olmamalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin ( ATU) Əmək gigiyenası, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının müdiri, dosent Şəhla Babayeva yeni tədris ili ərəfəsində uşaqların qidalanması, gigiyenik qaydalara əməl etməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, uşaqların kəməri enli olan çantadan istifafə etməsi və onu hər iki çiyninə salması daha yaxşı olar.

Ş.Babayeva bildirib ki, çanta düzgün istifadə edilmədikdə uşaqlarda qamət pozğunluğu yaranır: "Çantanın ağırlığı daxili orqanları sıxdığından qidalanma sistemində də pozğunluqlar yaranır".

Dosent valideynlərə bəzi tövsiyələrini də verib: "Uşaqları indidən məktəb rejiminə uyğunlaşdırmaq yaxşı olar. Kiçik yaşlılar 9-10 saat, ən geci saat 21:00-da yatmalıdırlar. Vaxtında yatmadıqda uşaqların zenhi qabiliyyəti azalır. Uşaqları səhər 1 saat əvvəl oyatmaq lazımdır ki, tələb olunan bütün işləri görə bilsinlər. Səhər uşaqları tələsdirmək onlarda nevroz yaradır. Havalar soyuduqca uşağı həddindən artıq çox geyindirirlər ki, bu da onlara ziyan verir, immun qabiliyyətinin aşağı düşməsinə səbəb olur".

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə bildirib ki, uşaqlar bir yerə cəmləşdikdə onların bir-birini xəstəliyə yoluxdurması problemi ortaya çıxır: "Ona görə də işlər elə qurulmalıdır ki, bu problemlər ortaya çıxmasın. Bu gün Azərbaycanda vaksinasiya olunmayan xəstəlik suçiçəyidir. Bu gün suçiçəyi xəstəliyinə qarşı dünyanın bir çox ölkələrində vaksin tətbiq edilmir. Digər tərəfdən, indi tətbiq edilən vaksin bizi qane etmir".

ATU-nun Qidalanma və kommunal gigiyena, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının müdiri İbrahim Əhmədov deyib ki, uşaqların vaxtında qidalanması olduqca vacibdir: "Tədris ili başladıqda uşaqlar hər gün evdə öyrəşdiyi qidalanma reyimini dəyişərək yeni rejimə keçirlər. Uşaqlara səhər isti yemək vermək lazımdır. Yaxsı olar ki, uşaqlar gündə 4 dəfə qidalansınlar, qida qəbulları arasında fasilə düzgün bölüşdürülsün".