XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 14:06

İqtisadiyyat naziri vətəndaşları qəbul edəcək- Astarada

Avqustun 31-də iqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
 
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Astara rayonu, Azərbaycan küçəsi, 26D) keçiriləcək.
 
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, İnzibati bina, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, mobil (050) 235 01 07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
 
Bununla yanaşı, vətəndaşlar nazirliyin www.economy.gov.az saytında və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.