XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 16:36

Ali məktəblərin fəaliyyətinin qiymətləndirilməsi üçünyeni akkreditasiya standartları hazırlanıb

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ISC standartlarına əsaslanan ali təhsil müəssisələrinin təhsil proqramlarının akkreditasiya qaydaları, eləcə də ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üzrə akkreditasiya standartları hazırlanıb.
 

APA-nın xəbərinə görə, idarənin rəisi Samir Vəliyev bildirib ki, hazırda ekspertlər yeni qayda və standartları müzakirə edirlər. S. Vəliyev qeyd edib ki, bu sənədlərin hazırlanmasında Finlandiya ə və Estoniyanın ali təhsil sahəsi üzrə ekspertlər də iştirak edib.
 
Onun sözlərinə görə, ali təhsil məkanına ölkənin təhsil müəssisələrinin inteqrasiyası və təhsilin keyfiyyətinin əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması bütövlükdə 2005-ci ildə Azərbaycan hökumətinin Boloniya bəyannaməsi və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının müddəalarından irəli gəlir: “İdarənin əsas fəaliyyət istiqamətləri təhsil müəssisələrimizin yerli və beynəlxalq rəqabət qabiliyyətliyinin yüksəldilməsi, xarici dövlət təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin tanınması və ekvivalentliyinin təyin edilməsi, əmək bazarının yüksək biliyə malik mütəxəssislərlə təmin edilməsidir. Bu məqsədlə əsas strateji hədəflərimiz kimi ölkənin əsas təhsil sektorunda keyfiyyəti təminatı sistemini təkmilləşdirmək, peşəkar, etibarlı bir quruma çevrilmək, təhsilin keyfiyyətinin təminatı üzrə beynəlxalq səviyyədə tanınan quruma çevrilmək olub”.