XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 11:47

Meksika səfirliyi foto müsabiqəsi elan edib –Qaliblər Meksikanın Milli Günündə elan olunacaq

 

Hər iki ölkə arasında mədəni əlaqələri intensivləşdirmək və möhkəmləndirmək məqsədilə Meksikanın Azərbaycandakı səfirliyi Heydər Əliyev Mərkəzi və meksikalı heykəltəraş Xorxe Marin ilə birgə “Varlığın Canlanması” əsər toplusuna aid foto müsabiqəni elan edib.

Müsabiqənin şərtlərinə görə,  Heydər Əliyev Mərkəzində təqdim olunan Xorxe Marinin əsərlərindən biri ilə şəkildə azərbaycanlı olmaq və ya Azərbaycan ictimaiyyətinin bir hissəsi olmaq nə demək olmasını təsvir etmək və bu şəkli sentyabrın 7-nə qədər [email protected] elektron ünvanına göndərməkdir.  

Səfirlikdən Strateq.az saytına bildiriblər ki, 10 ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin facebook səhifəsində yerşəldiriləcək. Həmin tarixdən sentyabrın 14-nə qədər iştirakçların ən çox “layk” toplamaq imkanı olacaq. Sonunda, üç ən çox bəyənilən şəkil mükafatlanacaq və qaliblərin adı sentyabrın 15-də Meksikanın Milli Günü mərasimi zamanı elan olunacaq.

Xatırladaq ki, görkəmli meksikalı heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi 2016-ci ilin oktyabr ayında Heydər Əliyev Mərkəzində açılışı olub. Mərkəzin binası önündə quraşdırılmış məhşur “Qanadlar”  Bakının heykəltəraşlıq panoramasında vurğulanan məkana çevrilib.

Strateq.az