XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 15:35

Müəllimlərin hansı ixtisaslar üzrə ən yüksək və ən zəif nəticə göstərdiyi açıqlanıb –DİM

 

Bu il işə qəbul müsabiqəsində hansı ixtisaslar üzrə müəllimlərin ən yüksək və ən zəif nəticə göstərdiyi açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Musiqi, Fiziki tərbiyə və Təsviri İncəsənət fənləri üzrə ümumi nəticələr digər fənlərə nisbətən daha aşağıdır. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, tarix və coğrafiya fənləri üzrə müəllimlərin göstəriciləri isə daha yüksəkdir.

Qeyd olunub ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Müsahibədə iştirak edənlərdən 4454 nəfəri müəllim adını qazanıb. Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsində iştirak etməyən namizədlər 5-7 sentyabr tarixlərində  keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər  29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected] və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.