XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 10:57

Azərbaycan Türkiyədən 5 milyon dollarlıq dondurma idxal edib- Son 5 ildə

Türkiyənin 5 il ərzində xarici ölkələrə ixrac etdiyi dondurmadan əldə etdiyi gəlirin həcmi açıqlanıb.
 
"APA-Economics" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, dünyanın ən böyük 15-ci dondurma və sərinləşdirici qidalar ixracatçısı olan qardaş ölkə 2012-ci ilin yanvar ayından cari ilin iyun ayına qədər 68 ölkəyə 88 min 366 ton dondurma ixrac edib.
 
Hesabat dövründə Türkiyə Azərbaycana 5 mln. 59 min dollarlıq dondurma ixrac edib. Beləliklə, Azərbaycan Türkiyənin dondurma ixracatçıları üçün 6-cı ən iri bazara çevrilib.
Sosial səhifələrdə paylaş