XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 21:17

Nazirlik:"Oğuz meşəsindəki yanğın Şahdağ Milli Parkına keçib"

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.