XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2017 - 12:08

Texnikumlarda boş qalmış yerlərə qəbulun nəticələri açıqlandı –DİM

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.

DİM-dən verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Orta ixtisas təhsil müəssisələrinin hər hansı bir ixtisasına yerləşdirilmiş abituriyent tələb olunan sənədləri sentyabrın 6-dan 13-dək qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.