XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2017 - 12:23

Qəbələdə yanğınının söndürülməsinə helikopterlər cəlb olunub

Bu gün Qəbələ meşəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA -ya verdiyi xəbərə görə, yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Abrıx kəndi ətrafında olan Qum meşəbəyliyinin 2 saylı meşə dolayısında qeydə alınıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsinə isti və küləkli hava  şəraiti çətinlik törədir.

İlkin hesablamalara əsasən yanğın nəticəsində 1,5 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb.  Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları və texnikasının iştirakı ilə yanğına qarşı mübarizə aparılır. Hadisə yerinə helikopterlər də cəlb olunub və yağnının söndürülməsi istiqamətində işlər görülür.