XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 15:29

“Əgər hər hansı bir sahibkarı incidirlərsə…” – Gömrük Komitəsi sədrindən xəbərdarlıq

Dövət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bu gün Samur Gömrük-Keçid Məntəqəsində Rusiyaya gedən və əks istiqamətdə gələn vətəndaşların problemləri ilə maraqlanıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, sakinlərlə görüş keçirən Aydın Əliyev onlardan sərhəddi keçərkən və əks istiqamətdə hərəkət edərkən çətinliklərinin olub-olmadığını soruşub. Vətəndaşlar isə çətinliklərinin olmadığını bildirib. A.Əliyev bütün post terminallar, keçiddəki yoxlama yerləri, yük terminallarının keçid yerləri ilə tanış olub.

DGK sədri bildirib ki, sahibkarlar bundan sonra daha rahat şəkildə öz məhsullarını Rusiya bazarlarına keçirə biləcəklər: “Əgər hər hansı bir sahibkarı incidirlərsə, bununla bağlı biz görüşlər keçirərək onların şikayətlərinə baxacağıq”.

O, əlavə edib ki, ölkə qanunvericiliyinə əsasən Rusiyadan Azərbaycana şəxsi istifadə üçün gətirilən ərzaq məhsulları 10 kq-dan artıq olmamalıdır.