XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2017 - 13:31

Naxçıvanda Bayram namazı qılınıb –Vasif Talıbovun adından qurban əti paylanıb

Müqəddəs Qurban bayramı ilə əlaqədar bu gün səhər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin “Sarvanlar”, “Kazım Qarabəkir”, “Pirqəmiş”, “Came” məscidlərində də qılınıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından bayram sovqatı – qurban əti paylanıb.

Yüzlərlə muxtar respublika sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.