Belçikanın paytaxtı Brüsseldə sentyabrın 1-dən etibarən mağazalarda birdəfəlik plastik paketlərin istifadə olunması qadağan edilib.
Trend-in məlumatına görə, bu qadağa paytaxtdakı bütün ticarət sahələrinə şamil edilib. Yalnız meyvə və tərəvəz üçün plastik paketlərin 2018-ci ilin sentyabrınadək istifadə olunmasına icazə verilib. Bugünkü qadağadan əvvəl alınmış plastik paketlər noyabrın 30-dək istifadə oluna bilər.
Qeyd edək ki, ötən il Fransanın supermarketlərində plastik paketlərin satışı qadağan edilmişdi.