XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2017 - 19:54

“Qarabağ” klubu daha bir transferini rəsmən açıqlayıb –FOTO

Yay transfer pəncərəsinin son günündə Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini rəsmiləşdirib.

AZƏRTAC klubun saytına istinadla bildirir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Ağdam klubunun heyətində keçirəcək. İyirmi yeddi yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

Daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub