XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 11:58

Nazirlik fövqəladə iş rejiminə keçib- Qəbələdə baş verən yanğınla bağlı

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata əsasən, yanğının söndürülməsi üçün nazirliyin bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Eyni zamanda, nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.