XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 12:30

Sabaha olan hava proqnozu –Bakıda hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz  mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun gecə  21-24°, gündüz  28-33° isti, Bakıda gecə  21-23°, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə  65-75 %, gündüz  50-60 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°,Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Arabir  güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  32-37° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.