XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 09:39

Türkiyədə əhalinin 20 faizə yaxını İstanbulda yaşayır –5 ildə sakinlərin sayı 1 milyon nəfər artıb

İstanbulun əhalisi son 5 ildə 1 milyon nəfər artıb.

Trend Sputnik-ə istinadən xəbər verir ki, 1927-ci ildə İstanbulun 806 min nəfər əhalisi olub. Bu göstərici 2016-cı ildə 14 milyon 804 min 116 nəfərə çatıb. Son 5 ildə əhalisinin sayı 1 milyon nəfər artan İstanbul şəhəri, əhali sayına görə dünyanın 145 ölkəsini geridə buraxıb.

Türkiyə Statistika İdarəsinin məlumatına görə, 2016–cı ilin sonunda 79 milyon 814 min 871 nəfər olaraq müəyyən edilən Türkiyə əhalisinin 18,5 faizi, məhz İstanbulda yaşayır.