XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2015 - 16:06

DYP toy karvanlarına nəzarəti gücləndirəcək – Açıqlama

Toy mövsümünün başlaması əlaqədar şadlıq saraylarının qarşısında qanunsuz parklanmalar DYP-ni hərəkətə keçirib. 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yol polisi toy karvanları ilə əlaqədar nəzarəti gücləndirəcək:

“Toy karvanları həddən artıq qayda pozuntularına yol açır. Qanunsuz parklanmalar, işıqforun qırmızı işığında keçmələr, təhlükəli manevrlər yollarda qəza riskini artırır. Bu isə paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur”.

Vaqif Əsədov bildirib ki, toy karvanında avtomobil sayının çox olması yolverilməzdir​(Avtosfer).