XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2017 - 11:06

Bayram günləri 5 nəfər yol qəzasının qurbanı olub –41 nəfər xəsarət alıb

Bayram günləri respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA -ya bildirib ki, son üç gündə respublikanın avtomobil yollarında 30 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, 41 nəfər xəsarət alıb.

K. Əliyev qeyd edib ki, bu gün bayramın sonuncu günü olduğu üçün magistral yollarda nəqliyyatın sıxlığı müşahidə oluna bilər: “Ona görə də sürücülərdən son dərəcə ehtiyatlı olmalarını, sürət həddini aşmamalarını və ötmə əməliyyatlarını yerinə yetirərkən diqqətli olmalarını tövsiyə edirəm”.