XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2017 - 15:34

Əmlak üzrə ekspert:“Bugünkü şərtlərlə  Azərbaycanda ev almaq vətəndaşı təmin eləmir”

2017-ci ilin 7 ayı ərzində azərbaycanlılar Türkiyədə 394 mənzil alıb. İyulda Azərbaycan vətəndaşları Türkiyədən 61 mənzil alıb. Ötən ilin İyul ayında bu rəqəm 39 idi. 

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Sputnik Azərbaycan-a deyib ki, Türkiyədə mənzil alan azərbaycanlılar əsasən Azərbaycanda öz ehtiyaclarını ödəmiş insanlardır: “Buna görə də onlar vəsaitlərinin bir hissəsini Türkiyəyə çıxarırlar. Digər tərəfdən, Türkiyədə oxuyan tələbələrin sayının artmasına görə, valideynlər mənzil şəraitini yaxşılaşdırılması üçün oradan mənzil alırlar. Həmçinin bəzi vətəndaşlar turizm məqsədi ilə Türkiyədə ev alırlar”.

“Bugünkü şərtlərlə əlbəttə Azərbaycanda ev almaq vətəndaşı təmin eləmir. Biz bu gün mənzili su qiymətinə satsaq, faiz dərəcələrini aşağı salsaq bazar buna dözməz. Ona görə də bazarın imkanlarından çıxış etsək bu gün Azərbaycanın əmlak bazarındakı qiymətlər məqsədəuyğundur” – deyə o bildirib.